Narin Güranın Diyarbəkirdə öldürülməsi ilə bağlı aparılan istintaq çərçivəsində anası Yüksel Güran və qardaşı Enes Güran da daxil olmaqla 8 nəfər həbs edilib.
Bakivaxti.az yerli mətbuata istinadla xatırladır ki, Narin Güranın qətli ilə bağlı Diyarbəkir Respublika Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyaslı istintaqda, anası, atası, 2 qardaşı və əmisi də daxil olmaqla 24 şübhəli saxlanılıb.
İstintaq ifadələri alındıqdan sonra Narinin atası Arif Güran da daxil olmaqla 13 nəfər sərbəst buraxılıb, onlardan 3-ü məhkəmə nəzarəti altında, 9-u isə Sülh Növbətçi Hakimliyinə sövq edilib.
Məhkəmə qarşısına çıxarılan Narinin anası Yüksel Güran, böyük qardaşı Enes Güran, əmisi və əmisi pğlanları isə həbsdə qalıblar.
Diyarbakır Ədliyyəsində təxminən 25 saatlıq sorğu-sualın ardından şübhəlilər təhlükəsizlik tədbirləri altında həbsxanaya aparılıb.
Murad Məmmədli