RU

Azərbaycan İnvestisiya Holdinqi vergilərə dair məsləhətçi axtarır

Azərbaycan İnvestisiya Holdinqi (AİH) vergilərə dair məsləhət və təlim xidmətləri göstərən şirkət axtarır.

İqtisadiyyat.az xəbər verir ki, AİH bununla bağlı tender elan edib.

Vergi məcəlləsinə uyğun olaraq, vergi uçotu üzrə gəlir və xərclərin təsnifləşdirilməsi, 2021-2024 ci illər üzrə aylıq, rüblük və illik bəyannamələr üzrə vergi əməletməsinin yoxlanılması, aşkar olunmuş uyğunsuzluqları əhatə edən hesabat və müqayisəli cədvəllərin təqdim edilməsi, vergi orqanlarına yoxlanılacaq dövr üzrə dəqiqləşmiş bəyannamələrin verilməsi (tələb olunarsa), layihə bitənədək veriləcək bəyannamələrlə əlaqədar olaraq vergi orqanları tərəfindən təqdim ediləcək kameral uyğunsuzluq məktublarının cavablandırılması işləri aparılacaq.

Eləcə də, vergi uçotu və vergi risklərinin qiymətləndirilməsi təlimi həyata keçiriləcək və vergitutma üzrə müxtəlif məsləhət xidmətləri (tələb olunduqca) göstəriləcək.

Избранный
118
iqtisadiyyat.az

1Источники