RU

Qavi “Barselona” ilə ümumi məşqlərə başladı

Futbol üzrə İspaniya milli komandasının və “Barselona”nın yarımmüdafiəçisi Qavi “blauqrana”da ümumi dəstə ilə məşqlərə qayıdıb.

Arena.az xatırladır ki, gənc futbolçu təxminən 15 gün sonra oyunlarda iştirak etmək üçün tibbi icazə alacaq.

Ötən gün, sentyabrın 12-də ispan yarımmüdafiəçi ümumi dəstə ilə məşqlərə start verib. Onun dəqiq meydana dönüş tarixi hələ dəqiq bilinmir.

Xatırladaq ki, Qavi 2023-cü ilin noyabrında İspaniya yığmasının heyətində dizindən zədə alaraq, uzun müddətə sıradan çıxmışdı. Həmin vaxt o, əməliyyat masasına uzanmaq məcburiyyətində qalmışdı. Bir sözlə, istedadlı futbolçu zədə səbəbindən təxminən bir ildir yaşıl meydanlardan kənardadır.

Daha əvvəl mətbuatda, “Barselona”nın alman baş məşqçisi Hans-Diter Flikin vəziyyətin inkişafını diqqətlə izlədiyi və Qavinin istedadını və xasiyyətini müsbət qiymətləndirdiyi, onu layihəsinin ən vacib hissəsi hesab etdiyi barədə məlumatlar yayılmışdı.

Qavi “Barselona”nın yetirməsidir və klubla müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Gənc istedad Kataloniya təmsilçisinin əsas komandasında 2021-ci ilin 29 avqust tarixində İspaniya La Liqasının “Xetafe”yə qarşı oyununda debüt edib.

Yarımmüdafiəçi “Barselona” ilə İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazanıb. Gənc futbolçunun Kataloniya təmsilçisinin heyətində ümumi statistikası belədir: 111 oyun, 7 qol, 14 məhsuldar ötürmə.

Qavi 2021-ci ilin oktyabr ayında debüt etdiyi İspaniya yığmasında 27 oyun keçirib, 5 qol vurub və 2023 UEFA Millətlər Liqasını qazanıb.

“Transfermarkt” internet-portalı 20 yaşlı Qavini 90 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
82
arena.az

1Источники