RU

Rusiyada altı britaniyalı diplomat casusluqda ittiham edilir

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Böyük Britaniyanın Moskvadakı səfirliyinin altı əməkdaşının fəaliyyətlərində casusluq və təxribat əlamətlərini müəyyən edib. Onlar akkreditasiyadan məhrum olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli KİV Rusiya FTX-yə istinadən məlumat yayıb.

FTX qeyd edib ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktorluğu Rusiya və MDB ölkələrinə zərbə vurmaq üçün xüsusi xidmətə çevrilib:

“Rusiya xüsusi xidmət orqanı tərəfindən əldə edilmiş sənədlər Londonun beynəlxalq hərbi-siyasi vəziyyətin gərginləşməsini əlaqələndirdiyini təsdiqləyir. Bu səbəbdən qurum fəaliyyətlərində kəşfiyyat və təxribat işinin əlamətləri aşkar edilən Britaniya diplomatlarının Rusiyaya ezamiyyətlərinin vaxtından əvvəl dayandırılmasına çalışacaq”.

Избранный
65
4
bakivaxti.az

1Источники