İranın cənub-şərqində Mircave rayonunda naməlum silahlı şəxslərin sərhədçiləri atəşə tutması nəticəsində üç İran əsgəri həyatını itirib.Reyting.az xəbər verir ki, Pakistan sərhədindəki Mircave rayonunda avtomobildə olan naməlum şəxslər sərhədçilərin maşınına atəş açıb.Hücumda biri leytenant olmaqla İranın üç hərbçisi həyatını itirib, bir mülki şəxs yaralanıb.Hücum edənlərin tutulması üçün genişmiqyaslı araşdırma başladılıb.ELÇİN Avtomobil Atəş Hücum Yaralı Pakistan Sərhəd Hərbçi Leytenant İran Mircave