"Fənərbağça" Kristian Medinanın transferini yekunlaşdırmağa çalışarkən, Anderson Taliskanın adı gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, "Əl-Nəsr" ilə aparılan danışıqlar nəticəsində braziliyalı futbolçunun transferi üçün 10 milyon avro məbləğində razılıq əldə edilib.

Lakin İstanbul təmsilçisinin çalışdırıcısı Taliskanın transferinə maraq göstərməyərək bu keçidə veto qoyub. Mourinyonun "Şimanski kimi oyunçum var" deyərək qərarını əsaslandırdığı bildirilir.