RU

Transfer pəncərəsi ən sonda Azərbaycanda bağlanacaq

Avropanın aparıcı Avropa ölkələrində “transfer pəncərəsi” bağlanıb.

Futbolinfo.az xəbər verir ki, qitənin cəmi 4 ölkəsində klublar transfer çalışmalarını davam etdirir ki, onlardan biri də Azərbaycandır.

Xarici mətbuat hazırda azad agent statusu daşıyan çox sayda ulduz futbolçunun özünə klub axtardığını yazıb. Maraqlıdır ki, onların Avropada qalmaq üçün Rusiya, Türkiyə, Serbiya və Azərbaycan variantları üzərində düşündükləri vurğulanıb.

Rusiyada bu gün, Türkiyə və Serbiyada sabah, Azərbaycanda isə sentyabrın 16-də “transfer pəncərəsi” bağlanacaq.  Aaron Bupendza, Dele Alli, Gislain Konan, Marlon, Serge Orye, Rafinya, Adrien Rabyo, Yusuf Yazıcı, Antoni Marsial, Vissam ben Yedder, Joel Matip kimi tanınmış simalar hazırda klubsuzdurlar. Onların əksəriyyəti karyerasını Avropada davam etdirmək istəyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
35
futbolinfo.az

1Источники