İşçilərin:müvafiq iş vaxtı ərzində işdən kənar edilməsi nə deməkdir və barədə olan əmək münasibətləri qanunla necə tənzimlənir?İşçilərin:müvafiq iş vaxtı ərzində işdən kənar edilməsi - hansı hallarda həyata keçirilə bilər və bu zaman işçilərin hüquqları qorunurmu? 1. İlk olaraq onu bildirim ki, işçilərin: müvafiq iş vaxtı ərzində işdən kənar edilməsi - əmək müqaviləsinin ləğvi deyildir,lakin işdən kənar edilmə son nəticədə, müvafiq qanuni əsaslar olarsa işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə də nəticələnə bilər.2.İşçilərin: müvafiq iş vaxtı müddətinfə işdən kənar edilməsi hansı hallarda həyata keçirilə bilər, qanunla İşəgötürənin belə bir hüququ varmı?3. Əmək Məcəlləsinə əsasən, İşəgötürənlərin belə bir hüququ vardlr.İşəgötürənlər bu hallarda mülkiyyətçinin və işçilərin mənafelərini qorumaq və gələcəkdə baş verə biləcək əməyin mühafizəsi, texniki qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər:3.1. İşçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop,toksik və s. zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, işə gəldikdən sonra iş yerində həmin içkiləri və maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda. 3.2. AR Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə. 3.3. İş vaxtı ərzində işçi: bilavasitə iş yerində müvafiq səlahiyyətli dövlət orqanının qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibli ictimai-təhlükəli əməllər törətdikdə. 3.4. İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı tibbi mütləq müayinədən imtina etdikdə.3.5. İş yoldaşlarının həyatı və sağlamlığı üçün təhlükə yaratdıqda, mülkiyyətçinin qanunla qorunan mənafelərini qorumaq üçün. 4. İşçinin işdən kənar edilməsi hər bir halda Əmək Məcəlləsinin tələblərinı uyğun olmalı, müvafiq sübutlar (işçilərin izahatları, həkim rəyləri, arayışlar, məlumatlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir.5. İşdən müvəqqəti olaraq kənarlaşdırılan işçiyə əmək haqqı ödənilirmi?5.1. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir.5.2. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir.5.3.Əmək Məcəlləsinin tələbləri pozulmaqla işdən qanunsuz kənar edilmiş işçinin əmək haqqı bu müddət üçün ödənilir. 6.Müvafiq əsaslar olarsa, işdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən AR Əmək Məcəlləsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər.7. İşçilərin: müvafiq iş vaxtı ərzində işdən kənar edilməsi bütün hallarda İşəgötürənin əsaslandırılmış əmri və ya qərarı ilə müvafiq qaydada rəsmiləşdirilməlidir8. İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin - ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər əsas və faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.9. İşçiləri: müvafiq iş vaxtı ərzində qanunsuz olaraq işdən kənar edən, əməkhaqqını ödəməyən, intizam məsuliyyətinə cəlb edən işıgptürın: maddi, mənəvi, intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyır.Müəllif: Azər QuliyevNeftçilərin Hüquqlarının Müdafiəsi TəşkilatınınEksperti - Dia-az.İnfo
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта