Türkiyənin Ünye-Samsun istiqamətində tunel çıxışında minik avtomobilinin sürücüsünün sükan arxasında yatması nəticəsində yük maşını ilə toqquşma qeydə alınıb.
Avtosfer.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qəzada ümumilikdə 3 avtomobil zərər görüb. Hadisə nəticəsində ölən olmasa da, sürücülərin yüngül xəsarətlər aldığı bildirilir.
Faktla bağlı araşdırmalar davam edir.