RU

Paşinyandan qəribə etiraf: Ermənistanda böyük miqdarda silah-sursat yoxa çıxıb

44 günlük müharibədən sonra Ermənistanda böyük miqdarda silah-sursat yoxa çıxıb.

Ölkə.Az xəbər verir ki, bunu  baş nazir Nikol Paşinyan hökumətinin iclasında bəyan edib.

Paşinyan əlavə edib ki, bu mövzu bir neçə dəfə müzakirə edilib. "Məsələ hətta  Təhlükəsizlik Şurasında da müzakirə olunub".

O əlavə edib ki, bu məslənin araşdırılması ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərinə tapşırıq verib.

Paşinyan onu da bildirib ki, qeyri-qanuni silahların axtarışı ilə bağlı metodologiyaya yenidən baxılmalıdır. "İstifadə etdiyimiz metodologiya artıq yeni çağırışlara cavab vermir", - o vurğulayıb.

Mürtəza
Ölkə.az

Избранный
162
50
olke.az

10Источники