RU

Zorakılığa məruz qalan kişilərin sayı açıqlandı

Sığınacaqlar zorakılıq, iqtisadi çətinliklər və digər problemlər səbəbilə təhlükə altında olan şəxslərin qorunmasını təmin edir.

2024-cü ilin ilk 7 ayı ərzində Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 339 müraciət daxil olub. Məişət zorakılığına məruz qalanlardan 25-i kişi, 303-ü qadın, 254-ü uşaq olub.

Komitədən bildirilib ki, hər bir rayon (şəhər) İcra hakimiyyətində məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi və sosial xarakterli  tədbirlərin aparılması məqsədilə monitorinq və əlaqələndirmə qrupları yaradılıb.

2021-ci ildən Dövlət Komitəsində Məişət zorakılığından əziyyət çəkənlər üçün sosial reablitasiya şöbəsi fəaliyyət göstərir. Şöbədə akkreditasiyadan keçmiş 8 qeyri-dövlət yardım mərkəzi var:

1. "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi

2. Azərbaycan Uşaqları İctimai Birliyi

3. "Ümid Yeri Xeyriyyə Cəmiyyəti" İctimai Birliyi

4. Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi

5. "XXI Əsrin Qadınları” İctimai Birliyi

6. "Əlil Qadınlar Cəmiyyəti" İctimai Birliyi

7. "Qadın Təşəbbüsü Və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi

8. "Təmas" Regional İnkişaf İctimai Birliyi.

Qeyri-dövlət yardım mərkəzləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də akkreditasiyadan keçib. Onlardan 6-da sığınacaq xidməti göstərilir. Sığınacaq xidməti göstərən qurumlar aşağıdakılardır:

1. "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Motodrom massivi 19, (012) 5111151, (012) 4085696, (055) 3143515, [email protected]; (050) 2182228,

2. Azərbaycan Uşaqları İctimai Birliyi, Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova 205, (050)3237651, [email protected];

3. "Ümid Yeri Xeyriyyə Cəmiyyəti", Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə. Sabir küç 88, (055)3116530, [email protected];

4."XXI Əsrin Qadınları” İctimai Birliyi, Bakı şəhəri, Zahid Xəlilov küçəsi 74, (050) 3129120, (012)4927001, [email protected];

5. "Əlil Qadınlar Cəmiyyəti" İctimai Birliyi, Bakı şəhəri, Yasamal rayonu, Mirzə Cabbar Məmmədzadə küçəsi 166a, (012) 4344836, (055) 2551101, (050)3516700, [email protected][email protected];

6. "Təmas" Regional İnkişaf İctimai Birliyi, Gəncə şəhəri, M.Hacıyev küçəsi, 8a/1, (22) 564778,(22) 661898, (050) 6341667, (050) 7532801,  [email protected].

Dövlət Komitəsindən bildirilib ki, bu sığınacaqlarda qadın və uşaqlardan savayı, kişilərə də yer verilə bilər.

"Cebheinfo.az"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
23
cebheinfo.az

1Источники