RU

Voleybol məşqçilərinin beynəlxalq konversiyası keçiriləcək

Sentyabrın 14-15-də Bolqarıstanın paytaxtı Sofiyada Avropa Voleybol Konfederasiyası (CEV) Regional Voleybol İnkişaf Mərkəzlərinin xətti ilə məşqçi-müəllimlərin beynəlxalq konversiyası keçiriləcək.

İdman.biz xəbər verir ki, 53 ölkənin məşqçi-müəllimlərinin iştirak edəcəyi təlimlərə Azərbaycandan 4 məşqçi - Rəvan Mehdiyev, Vüqar Əliyev, Tural Teymurov və Qəmzə Cəfərzadə öz biliklərini daha da genişləndirmək üçün qatılacaqlar.

2 gün davam edəcək konversiyada orta məktəb müəllimləri, aşağı yaş qruplarında məşq keçən məşqçilər həm nəzəri, həm də praktiki biliklərini daha da artıracaqlar.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
3
idman.biz

5Источники