RU

Türk Dünyası Ortaq Əlifbası bizə nə vəd edir? – EKSPERTLƏR AÇIQLADI

Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumunun təşkilatçılığı ilə 9-11 sentyabr 2024-cü il tarixlərində Türk Dünyası Birgə Əlifba Komissiyasının 3-cü iclası başa çatıb.
İclasın əsas məqsədi bu sahədə əldə olunan biliklərdən və Komissiyanın ikiillik fəaliyyət təcrübəsindən yararlanaraq türk dilləri üçün ortaq əlifba layihəsi üzərində işlərin yekunlaşdırılması olub.
Nəticədə Türk Dünyası Ortaq Əlifba Kommisiyasının qərarına görə, Ortaq türk əlifbası 34 hərfdən ibarət olacaq. Bəs görəsən sözügedən ortaq əlifbanın yaranması hansı zərurətdən doğdu? Bu türk dünyasında hansı problemləri həll edəcək? Ortaq türk əlifbası dünya mədəniyyətinə inteqrasiyamıza necə təsir edəcək?

 

Mövzu ilə bağlı jurnalist, televiziya tənqidçisi, filologiya elmləri doktoru professor Qulu Məhərrəmli Medianews.az-a danışdı. Bildirdi ki, Ortaq Türk Əlifbasının gündəmə gəlmə məsələsi təsadüfi olmadığı kimi yeni məsələ də deyil. Onun sözlərinə görə, 100-150 il olar ki, bu məsələ gündəmdədir: “Türk xalqalarının mənəvi, iqtisadi, siyasi, sosial birliyi gücləndikcə bu məsələ hər zaman gündəmə gəlir. Məsələn 100 il əvvəl Bakıda keçirilən Birinci Türkologi Qurultayda da gündəmdə oldu. Bu gün Ortaq Türk dili məsələsindən danışılır. Bunlar hamsı aktual məsələlərdir və əsas məqsədi türk xalqlarının, türk Cumuhiriyyətlərinin vahid kulturoji məkanda inteqrasiya məsələlərinin həllinə yönəlib. Ona görə də indi bu əlifba axtarışları gedir, Ortaq Türk dili ilə bağlı mübahisələr gedir, müzakirələr aparılır. O ki, qaldı konkret irəli sürülən əlifba lahiyəsi haqqında da müəyyən fikirlər söyləmək olar. Önəmli olan elə bir əlifba olsun ki, anlaşılan olsun. Qazax da, qırğız da, qaqauz da, digər türk dili xalqalar da bu əlifbada rahata yazıb, pozsunlar”.
Q. Məhərrəmli vurğulayıb ki, burda spesifik səslərdən söhbət gedir: “Düşünürəm ki, [q], [x], [h] və b. bunlar necə olacaq? Mənə elə gəlir ki, bunlar hamsı elmi müzakirələr əsnasında həll oluna biləcək məsələlərdir. O ki, qaldı vahid ortaq türk dili məsələsinə, bu da gündəmdə olacaq. Zaman-zaman bizdə də aktuallaşır. Bununla bağlı da müəyyən fikirlər, yollar var. Məsələn Anadolu türkçəsini götürmək və onun əsasında ortaq ünsiyyət dili yaratmaq. Nə gözəl ki, belə proseslər gedir. Mübahisələr, fikir ayrılıqları olub və həmişə olacaq. Amma vahid qənaətə gəlmək üçün çox müzakirələr aparmaq lazımdır. Onlardan da biri Bakıda keçirilib və bu diskusiyalar davam edəcək”.


Türkiyəli general Yücel Karauz Medianews.az-a açıqlamasında bildirdi ki, dil bir mədəniyyətin, bir dövlətin, bir cəmiyyətin ən vacib mirasıdır. Onun fikrincə, əgər dövlətlər və cəmiyyətlər mədəniyyətinə, dilinə, adət-ənənəsinə sahib çıxmarsa, bunu nəsildən nəsilə ötürmərsə davamlılığını təmin edə bilməz: “ Beləliklə, Sovetlər İttifaqının dağıldığı 1991-ci ildə etibarən 350 milyonluq Türk dünyasında ortaq əlifba yaradılması, bu əlifba çərcivəsində bütün Anadolu, Qafqaz və Orta Asiya, Rusiya coğrafiyasında və dünyanın digər yerlərində yaşayan türklərin ortaq dil ətrafında bir yerə gəlməsi, mövcud dillərini qoruyaraq, ortaq anlayış, ortaq taheh, ortaq gələcək axtarışının bir hissəsi olaraq ortaya qoyulub. 91-cil ildə başlayan latın əlifbasının formalaşması Bakıda keçirilən iclas çərçivəsində fərqli olan və çoxluğu əhatə edən 34 hərfdən ibarətdir. Bunlar həm bütün ölkələrdə istifadə edilən ümumi hərflər və üstəlik fərqli istifadə olunan hərfləri də əhatə edəcək şəkildə yaradılıb. Bu, əslində 1991-ci ildə başlayan səyahətin nəticəsidir. Lakin eyni zamanda, nəticə bu sistemin və fəlsəfənin qurulmasının təməlinin qoyulması deməkdir. Bundan 110 il əvvəl Krım tatarı, böyük türk mədəniyyət adamı İsmayıl Qaspıralının “dildə, fikirdə və işdə birlik” fəlsəfəsi həyata keçirildi. İndiyədək görülən işləri nəzərə alsaq, bu məsələnin yekunu gələcəyə işıq salır. Qeyd etmək lazımdır ki, dilini unudan, ortaq mədəniyyətini, ümumi anlayışını birləşdirməyən, onun qorunub saxlanmasına çalışmayan xalqların, dövlətlərin ortada qalması mümkün deyil”.


General qeyd edib ki, bu gün dünyada unudulmuş dillər var: “ Dili qoruya bilmədikləri üçün millət və dövlət olmaq xüsusiyyətlərini daha sonra itiriblər. Osmanlı imperiyasından əvvəlki Səlcuqlu imperiyasında dövlət idarəsində və əksər yerdə ərəbcə və farsca danışılırdı. Dilin nə qədər önəmli olduğunu bilən Məhəmməd bəy Qaramanoğlu 1277-ci ildə verdiyi fərmanla artıq dövlət idarəsində, küçədə, divanda, tədbirdə türkçədən başqa bir dildə danışılmaması əmrini vermişdi. 1277-ci ildə əgər Məhəmməd bəy Qaramanoğlu türk dilindən başqa dildə danışılmaması fərmanını verməsəydi bu gün Anadoluda anadolu türkçəsini yaşatmaq mümkün olmayacaqdı. Və bu dildəki birlik, dildəki qorunulmuşluq, daha sonra milli mədəniyyəti yaradan digər elemnetləri ilə birlikdə həm xalqın, həm də dövlətin davamlılığı qorumuş olduq. Beləliklə, tarixi önəmi olan və 1991-ci ildən bu günə qədər prossesdə əməyi keçən hər kəsi təbrik etmək lazımdır. Qarabağ zəfəri, Şuşa, İstanbul bəyanaməsilə Türk Dili Danışan Ölkələr Qurumu anlayışının Türk Dövlətləri Təşkilatına çevrilməsini də uğur nəticədir. Yəni, əgər Qarabağ zəfəri və ondan sonrakı 4 il ərzində meydana gələn inkişaflar olmasa bəlkə də bu mərhələyə gəlmək çox uzun illər çəkəcəkdi. Buna görə də bunların hər biri bir-birilə qarşılıqlı təsirdədir. Gələcək nəsillər ortaq türk dövlətləri əlifbasından yazılmış ssenarilərlə, kinolarla, romanlarla tanış olacaqlar. Və dünya var olduqca bu dilin qorunması və bizim ən böyük miras olaraq bir-birimizi başa düşməyimiz, ortaq anlayış və mədəniyyət birliyimizi əbədi təmin edəcək”.

Nailə QASIMOVA

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
31
medianews.az

1Источники