RU

Sinif zəngi 1 nəfər üçün çalındı - FOTO

 Türkiyənin Van şəhərinin Gürpınar mahalına bağlı Eskidal adlı ərazidə təhsil bu il tək şagirdlə başlayıb. Məktəbdə başqa şagird olmadığı üçün 9 yaşlı Həsrət üçüncü sinfi tək oxuyacaq.   Manset.az Ntv.com-a istinadən xəbər verir ki, üç ildir yaşadığı obada müəllim işləyən Şahin Aydın qohumu olan yeganə 3-cü sinif şagirdini gələcəyə hazırlamaq üçün hər gün səhər saat 08.00-da evdən götürür. Gün boyu məktəbdə şagirdi ilə vaxt keçirən Aydın müəllim şagirdinə həm müəllim, həm də dost kimi yanaşır. Həsrətin gələcəyi üçün əlindən gələni etdiyini bildirən Aydın deyib:

"Həsrətlə üçüncü ilimiz olacaq. Tək olmağın müsbət və mənfi tərəfləri var. Həsrətin darıxmaması üçün əlimdən gələni edirəm. Onun sinifdə dostu olmadığı üçün mən onun böyük qardaşı, lazım olanda dostu oluram. Biz oynayırıq. Tənəffüs zamanı onu evdən götürüb evinə buraxıram"

Избранный
79
manset.az

1Источники