"İstənilən münaqişənin son nöqtəsi onun sülh yolu ilə həlldir. Nə qədər tez danışıqlar masası arxasına oturub danışmağa başlasaq, sülh bir o qədər tez bərqərar olacaq və Ukrayna böhranı, Fələstin-İsrail münaqişəsi kimi aktual məsələlər öz həllini tapacaq".
Newscenter.az xarici mediaya istinadən bildirir ki, bunu Çinin müdafiə naziri Donq Jun Syanşan Təhlükəsizlik Forumunun açılışında çıxışı zamanı deyib.
O əlavə edib ki, münaqişələrin həllində yeganə yol, əsas yol hərtərəfli müzakirələr yolu ilə siyasi həlli təşviq etməkdir:
"Hazırda dünyanın bir çox ölkələri atəşkəs və müharibəyə son qoymaq üçün fəal işləyirlər. Nəticədə sülhün qorunmasının zəruriliyi ilə bağlı konsensus genişlənir, barışığa yardımın sürəti artır".
Mehman Mehdiyev