“Campos Racing” komandasının pilotu Xosep Maria Marti Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.
KONKRET.az-ın məlumatına görə, sərbəst yürüş zamanı sürücünün bolidində problem aşkarlanıb.
Onun avtomobili 6-cı döngədə fırlanıb. Pilot maneəyə təmasdan yayına bilib. Nəticədə qırmızı bayraq qaldırılıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.