RU

Ölkənin elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı açıqlandı

Yanvar-avqust aylarında operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 19 235,4 milyon kilovat saat, ixracı 858,9 milyon kilovat saat, idxalı 125,5 milyon kilovat saat olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X"də bildirib.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 2 dəfədən çox artımla 2771.8 milyon kilovat saat elektrik enerjisi istehsal edilib.

Beləliklə, bu dövrdə elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 14% olub.

Избранный
23
1
iqtisadiyyat.az

2Источники