Qarabağ Universitetinə ayrılan bütün plan yerləri yüz faiz dolub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin dərc etdiyi “Abituriyent” jurnalının 6-cı nömrəsində qeyd edilib.
Qəbul yalnız təhsilin bakalavriat səviyyəsi üzrə aparılıb.
Maraqlıdır, Qarabağ Universitetində magistr pilləsi üzrə təhsil nəzərdə tutulubmu?
Mövzu ilə bağlı universitetin mətbuat xidmətindən Bakıvaxtı.az-ın sorğusuna cavab verilib.
Bildirilib ki, növbəti illərdə magistr təhsil pilləsi üzrə də qəbul nəzərdə tutulub. Gələn tədris ilində bunun olub-olmayacağı ilə bağlı isə hələlik məlumat yoxdur:
“Yekun qərar verildikdə ictimaiyyətə açıqlanacaq”.
Mina Mikayılova