RU

“Britaniya Rusiya ilə müharibəyə cəlb olunmaq istəmir”- Baş nazir

Britaniya hakimiyyəti Ukraynada Rusiya ilə müharibəyə cəlb olunmaq istəmir, lakin Kiyevin özünümüdafiə hüququnu dəstəkləmək niyyətindədir.

Azpost.info xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer deyib.

O, Ukraynanın Qərbin uzaqmənzilli silahlarından Rusiya ərazisinə zərbə endirməsini NATO ölkələrinin müharibədə bilavasitə iştirakı hesab edəcəyi ilə hədələyən Rusiya prezidenti Vladimir Putinin sözlərinə belə cavab verib.

“Biz Rusiya ilə heç bir münaqişə axtarmırıq, bu, planlarımızın heç bir hissəsi deyil. Lakin onlar bu münaqişəni başladıblar və Ukraynanın özünümüdafiə hüququ var”, – Starmer bildirib.

Baş nazir qeyd edib ki, Rusiya qanunsuz hərəkət edir və elə özü də bu münaqişəyə dərhal son qoya bilər.
Starmer həmçinin ABŞ prezidenti Co Baydenlə Ukraynaya dəstək məsələsini müzakirə etmək niyyətində olduğunu bildirib.

Azpost.info

Избранный
97
50
azpost.info

10Источники