RU

Antiterror əməliyyatları tarixi zəfərin zirvəsidir TƏHLİL

Mövcud reallıq ondan ibarətdir ki, dünya tarixində mövcud olmuş vəhşi toplumlar arasında ən qəddarı və amansızı erməni toplumudur. Bunu dünyaca tanınmış tarixçiləri, araşdırmaçıları da təsdiq edir. Böyük sərkərdələr, fatehlər öz xatirələrində qeyd edirlər. Təəssüflər olsun bəşəriyyət, xüsusilə də demokratik düşüncəli sivil xalqlar erməni vəhşiliyinin dünyada analoqu olmadığını bildikləri halda hər hansı bir tədbir görmürlər, ən azı bu toplumun varlığına son qoymaq üçün BMT çərçisində təşəbbüslərlə çıxış etmirlər. Bu da ondan xəbər verir ki, bəzi dövlətlər və şəbəkələr müəyyən cəmiyyətləri təhdid etmək üçün erməni toplumunun meydanda qalmasında maraqlıdır. Baş verənlər fonunda onu da qeyd etmək olar ki, erməni vəhşiliyindən ən çox zərəri və zərbəni azərbaycanlılar alıblar. Müxtəlif dövlətlərin hərbi-siyasi dəstəyinə arxalanan ermənilər Azərbaycan ərazilərində qətliamlar, soyqırımı aktları həyata keçiriblər. Ümumilikdə iki əsr ərzində 2 milyondan çox azərbaycanlı qətlə yetirilmiş, yaralanmış, ömürlük şikəst olmuş, ev-eşiyindən didərgin düşmüşdür. 20-ci əsrdə ermənilər dörd dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti həyata keçiriblər. Yalnız 1918-ci il martın 30-dan aprelin 5-ə qədər ermənilər Bakı, Şamaxı, Quba, Şəki, İrəvan, Naxçıvan, Lənkəran və digər yaşayış məskənlərin də 450-500 minə yaxın azərbaycanlını qətlə yetiriblər. Rəsmi sənədlərə istinadən qeyd olunur ki, mart soyqırımı nəticəsində Bakıda 20 mindən çox azərbaycanlı amansızlıqla öldürülmüş, 30 minə yaxın insan isə yaralanmışdır. Bununla yanaşı, ermənilər "Kaspi" mətbəəsini, "Açıq söz" qəzetinin redaksiyasını, "İsmailiyyə" binasını yandırmış, "Təzəpir" məscidinin minarələrini top atəşi ilə zədələmişdilər. Daşnak-bolşevik hərbi birləşmələri Bakıdan sonra Qarabağın bölgələrində, həmçinin Şərqi Anadoluda, Cənubi Azərbaycanda da azərbaycanlılara qarşı soyqırımları həyata keçirdilər. Erməni vəhşiliyinin qurbanına çevrilən bölgələrimizdən biri də Şamaxı şəhəri olmuşdur. Daşnak-bolşevik hərbi birləşmələri tərəfindən Şamaxının 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq Cümə məscidi yandırılmışdı. Erməni quldurları minlərlə dinc insanı qətlə yetirmişdir. Şamaxı qəzasının 53 kəndində ermənilər 12 min azərbaycanlını qətlə yetirmişdilər. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir. Komissiya ilkin mərhələdə Şamaxıda törədilən erməni vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Bununla torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. İyirminci əsrin əvvəllərində erməniləri törətdiyi dağıntılar, qarətlər, talanlar nəticəsində minlərlə azərbaycanlı həyatını itirmiş, tarixi abidələr, memarlıq nümunələri yerlə- yeksan olunmuşdur. Erməni vəhşiliyi sovetlərin mövcudluğu dövründə də davam etmişdir. Sovet bolşeviklərinin Azərbaycanı işğal etmələri və Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Havadarlarının Moskvada möhkəmlənməsindən istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Ermənilər 1947-1953-cü illərdə azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Erməni millətçiləri öz havadarlarının köməyi ilə ötən əsrin 80-cı illərin ortalarından Azərbaycana qarşı torpaq iddiaları ilə çıxış etməyə başladılar. Ermənistandan və Qarabağdan yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına nail oldular. Torpaqlarımızın işğal edilməsi minlərlə azərbaycanlının öldürülməsi, yaralanması ilə nəticələnirdi. 1992-ci ilin fevralın 25-dən 26-a keçən qarlı-şaxtalı qış gecəsi isə ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdular. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə zamanı ermənilər bir gecənin için də 7 min əhalisi olan şəhəri yerlə-yeksan etdilər. Yüzlərlə insan amansızlıqla qətlə yetirildi, minlərlə azərbaycanlı şikəst edildi, əsir alındı.

Qələbəyə gedən yol

Ermənilərin bəzi böyük güclərin hərbi, siyasi dəstəyinə arxalanması 30 illik işğalın aradan qaldırılmasına imkan vermirdi. Cəhdlər, danışıqlar, müxtəlif səpkili konfranslarda nəticəsiz qalırdı. Hətta Ermənistanın indiki və keçmiş rəhbərliyi açıq şəkildə Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılmasının mümkünsüzlüyündən danışırdılar. 2019-cu ilin martında Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-a səfəri zamanı erməni diasporu ilə görüşdə Ermənistanın “səngər müdafiəsi” strategiyasından “aktiv əngəlləmə” strategiyasına keçdiyini bəyan etmişdi. Nitqində “hücum imkanlarını genişləndirərək” ifadəsini işlədən Ermənistan müdafiə naziri bəhs etdiyi strategiyanı “yeni ərazilər uğrunda yeni müharibə” adlandırmışdı. Daha sonra Ermənistanın baş naziri Nikol Paşinyan separatçı rejimi danışıqlar masasına oturtmaq niyyətilə sülh danışıqlarının formatını dəyişdirməyə cəhd etmişdi. Belə ki, keçən ilin avqust ayında işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfəri zamanı Paşinyan, “Qarabağ – Ermənistandır, nöqtə” tipli populist bir cümlə söyləmiş və buna görə həm Azərbaycan, həm də beynəlxalq təşkilatlar, əsasən də, ATƏT-in Minsk qrupu tərəfindən tənqid olunmuşdu. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun Ermənistanın silahlı qüvvələrini darmadağın edərək bir sıra əraziləri azad etməsi də Ermənistanın hakim rejimini tutduğu mövqeyini dəyişmədi. 2020-ci ilin iyulun 12-də Ermənistanın silahlı qüvvələri artilleriya və iriçaplı silahların köməyilə Tovuz rayonunun Ağdam kəndi istiqamətində Azərbaycan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədindəki mövqelərinə hücuma keçdilər. Sözügedən hücum nəticəsində Azərbaycanın 11 hərbçisi həlak oldu, bir neçəsi yaralandı, həmçinin dinc sakinlər həyatlarını itirdilər, mülki obyektlərə, kəndlilərin evlərinə və xəstəxana binasına ciddi zərər yetirildi.

Hücum üçün məhz Tovuzun istiqamət seçilməsinin səbəbi o idi ki, Ermənistanla dövlət sərhədi aktiv hərbi münaqişə zonası hesab olunmadığından, orada Azərbaycan hərbi qüvvələrinin əsas hissələri cəmləşməyib. Ermənistanın təxribatları, sərhəddə qarşıdurma yaratması səngimək bilmirdi. Demək olar ki, erməni təxribatları ardıcıl xarakter daşıyırdı. Nəhayət, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan ordusu Ali Baş Komandan, Fateh Sərkərdə İlham Əliyevdən torpaqlarımızın azad edilməsi əmrini aldı. Ermənistan Azərbaycanın sürətli hücumu qarşısında cəmi 44 gün davam gətirə bildi, düşmən diz çökdü, ağ bayraq qaldırdı. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür. Üçtərəfli bəyanata əsasən Qarabağın heç bir xüsusi statusu olmayacaq. Dağlıq Qarabağ Muxtar Vilayəti də tarixə qovuşdu. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməsi ilə nəticələndi. Noyabrın 10-da şanlı qələbəmizin təsdiqi olan üçtərəfli Bəyanatın imzalanması müjdəsini xalqa çatdırarkən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır: “30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik…Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi», - söyləyən dövlətimizin başçısı İlham Əliyev bu fikirlərin davamı olaraq bildirmişdir: “Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!”. Haqqımız olan qələbə təntənəli şəkildə qeyd olunmalı idi və oldu da. Noyabrın 10-da dostları sevindirib, düşmənləri xar edən qələbə paradı keçirildi. Bu parad həm də işğal altında olmuş topaqlarımızın 30 il həsrətində olduğu Qələbə paradı oldu. “Azadlıq” meydanında keçirilən Qələbə Paradında 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Parada, həmçinin, Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olundu.

23 saat 44 dəqiqə çəkən antiterror tədbirləri ilə Azərbaycan tamamilə bölgədəki separatizmə son qoydu

Parlaq qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək gücündədir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin dediyi kimi, atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın: "Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq". Söz yox ki, qələbələrimizin təməli sentyabrın 27-də qoyulsa da, demək olar ki, 8 noyabr 2020-ci il Qarabağımızın incisi Şuşanın azad edilnməsi ilə Qarabağa qovuşduğumuz tarixdir. ”Noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq. Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirmişdir”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərində çıxışı zamanı bildirib. Artıq Şuşa azaddır. Bu şəhər sakinlərinə qucaq açıb. Artıq bu gün Şuşada yeni bir həyat başlayıb. Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərkən çıxışının sonunda dediyi sözləri xatırladıb: «Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Bu gün eyni sözləri təkrarlayıram. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.

Ötən ilin sentyabrın 19-da başlayan və cəmi 23 saat 44 dəqiqə çəkən antiterror tədbirləri ilə Azərbaycan tamamilə bölgədəki separatizmə son qoydu. Terrorçular və onların ətrafında olan silahlı dəstələr isə tərkisilah edildilər. Əsas terrorçu şəxslər isə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfin həbs olunaraq istintaqa təhvil verildi. Ötən həftə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin mətbuata verdiyi açıqlamaya görə. artıq Qarabağdakı erməni terrorçuların istintaqı baş çatıb və yaxın günlərdə onların işləri baxılması üçün məhkəməyə göndəriləcək. Təbii ki, Arayik, Vardabnyan, Qukasyan, Saakyan və digərləri məhkəmə tərəfindən layiq olduqları ən ağı cəzanı alacaqlar. İşğaldan azad edilən ərazilərimiz isə yenidən qurulur. Hər yerdə böyük quruculuq, bərpa, tikinti işləri aparılır. Bunun fonunda insanlar öz doğma yurd-yuvalarına qayıdırlar. Prezidenti İlham Əliyev Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edib. Fateh Sərkərdə İlham Əliyev bildirib ki, Şuşanın işğaldan azad olunandan sonra şəhərin, bütün tarixi binaların bərpa edilməsi prosesinə start verilib: “Şuşanı erməniləşdirmə cəhdlərinə son qoyulub. Otuz il onlar çalışırdılar ki, Şuşanı erməniləşdirsinlər, nail ola bilmədilər. Bu, onlar üçün yad şəhərdir, öz şəhəri saysaydılar, bu günə qoymazdılar. Şuşanın əsl sahibləri qayıdıb, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır”.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərindəki Saatlı, Aşağı Gövhərağa, Yuxarı Gövhərağa məscidlərin ziyarət ediblər və dövlətimizin başçısı məscidlərə Məkkədən gətirilmiş “Qurani-Şərif”i hədiyyə edib. Şuşa şəhərindəki Saatlı məscidini ziyarət edərkən bildirib ki, düşmən bizim azad edilmiş torpaqlardakı dini abidələrimizi işğal dövründə məhv edib, 67 məscidi dağıdıb, yaxud da ki, belə yararsız vəziyyətə salıb: “Şuşa işğaldan azad olunandan sonra bizim vətəndaşlar əl gəzdirib, məscidi təmizləyib və müəyyən təmir işlərini görüblər. Ancaq əlbəttə ki, məscidin əsaslı təmiri bundan sonra aparılacaq, bütün müvafiq göstərişlər verilib, Heydər Əliyev Fondu bu missiyanı öz üzərinə götürüb. Mehriban xanım bu barədə açıqlama verib və biz bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik”.

Bir sözlə, işğaldan azad edilən ərazilərimizdə geniş quruculuq, abadlıq, bərpa işləri fonunda insanlarımız öz evlərinə qayıdıb, normal həyatlarını bərpa edirlər. Bu məskunlaşma əbədidir. Biz dünya durduqca, o yerlərdə olacaq, qurub, yaradacaq və inkişaf etdirəcəyik.

İLHAM ƏLİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
44
50
sesqazeti.az

10Источники