Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb.
"Far.Az"un məlumatına görə, ən yaxşı nəticəni "Van Amersfoort Racing"dən Entso Fittipaldi göstərib.
"İnvicta Racing"dən Kuş Maini ikinci, "Prema Racing"dən Andrea Kimi Antonelli üçüncü olub.
11:00
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinə start verilib.
"Far.Az"un məlumatına görə, sərbəst yürüş saat 11:00-da başlayıb.
Bu gün "Formula 1"də iki test yürüşü, "Formula 2"də isə sıralama turu da gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.