Gəncə, 13 sentyabr, AZƏRTAC
Bakı Biznes Universiteti DAAD Alman Akademik Mübadilə Xidməti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən alman tələbələr üçün "Inno-East Entrepreneurship Bootcampı" adlı yay məktəbinin iştirakçıları Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlarla görüşən universitetin rektoru Zəfər Qurbanov ali təhsil müəssisəsinin təhsil və təcrübə imkanları barədə ətraflı məlumat verib. Rektor bildirib ki, Aqrar Universitetdə təhsil alan xarici tələbələrin sayı kifayət qədərdir və bu say hər il artır.
Sonra qonaqlar universitetin Tədris-təcrübə təsərrüfatında, meyvə bağlarında və heyvandarlıq komplekslərində olublar.
Həmçinin yay məktəbinin iştirakçıları Gəncə şəhərinin gəzməli-görməli yerlərinə də baş çəkiblər.