Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu sentyabrın 13-də Şimali Koreyaya səfər edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Şimali Koreya lideri Kim Çen In onu Pxenyanda qəbul edib. Bu barədə Interfax.ru yazır .
"Ölkələrimiz arasında davam edən strateji dialoq çərçivəsində koreyalı tərəfdaşlarla ikitərəfli və beynəlxalq gündəliyin geniş spektri üzrə mühüm fikir mübadiləsi aparılıb", - Rusiya Federasiyası Təhlükəsizlik Şurasının saytında deyilir.
Ağarza Elçinoğlu