Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Rusiya Federasiyasında akkreditasiyaları ləğv edilmiş Böyük Britaniya səfirliyinin altı diplomatının fəaliyyətləri Rusiya xalqına zərər gətirib.
"Btitaniya səfirliyi Vena konvensiyası tərəfindən qəbul edilmiş xətlərdən çox kənara çıxıb"- deyə, diplomat TASS-la söhbətində bildirib. Zaxarova qeyd edib ki, bu məsələdə xariıci işlər nazirliyi FTX-nın verdiyi qiyməti bölüşdürür və Böyük Britaniya həqiqətən dünyada hərbi-siyasi vəziyyətin gərginləşməsini koordinə edir.
Rusiya FTX-nın cəmiyyətlə əlaqələr Mərkəzi bildirib ki, Böyük Britaniya səfirliyinin altı əməkdaşı akkreditasiyadan məhrum edilib. Onların fəaliyyətində kəşfiyyat xarakterli əməllər aşkarlanıb.
Müasir diplomatiyanın "yazılmamış qanunlarına" görə, yəüin ki, Britaniyanın xarici işlər nazirliyi də yaxın saatlarda, bir sürü rusiyalı dilomatı kəşfiyyatçı damğası ilə ölkələrindən qovacaq...
Rüstəm Hacıyev