RU

Səma və Eko Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyi Hacıkənddə sahibsiz heyvanlarla bağlı aksiya keçirib - FOTOLAR

İyulun15-də Səma və Eko Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gəncə şəhərinin Hacıkənd qəsəbəsində aksiya keçirib.

QHT.az xəbər verir ki, bu barədə qurumun sədri İradə Həsənova məlumat verib. Onun sözlərinə görə, sahibsiz heyvanlara qayğı aksiyasında bir qrup yerli heyvansevər də dəstək verib. Qeyd edək ki, aksiya Səma və Eko Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin həyata keçirdiyi “Təbiətə sevginin, heyvanlara qayğının artırılması” layihəsi çərçivəsində təşkil edilib. Aksiyada layihənin rəhbəri İradə Həsənova, ekspert Elman Cəfərli, Hacıkənd icra nümayəndəsi Hümmət Hüseynov, yerli bələdiyyənin sədri Vüqar Mehdiyev və kənd sakinləri iştirak edib.

Aksiyada iştirak edən təbiətsevərlər xüsusi köynəklər, baş geyimləri və əlcəklə təchiz olunublar. 1 saatlıq aksiyada Hacıkəndin bir sıra küçələrində dolaşan sahibsiz itlərə və pişiklərə xüsusi qablarda heyvan qidaları verilib. Aksiya yerli heyvansevərlərin fəallığı ilə yadda qalıb. Layihənin rəhbəri İradə Həsənova hər kəsi sahibsiz itlərə qayğı göstərməyə çağırıb. Onun sözlərinə görə, heyvanlara qayğı və sevhginin artırılması biomüxtəlifliyin qorunmasına töhfədir:

“Təbiətin nemətləri sonsuzdur. Onlardan insanlarla yanaşı, heyvanlar istifadə etməlidir. Xəstə, şikəst heyvanların daha çox qayğıya ehtiyacı var. Onlar dərdlərini, ağrılarını dilə gətirə bilmirlər. Biz onları anlamalı, qayğı göstərməli, xəstə heyvanları müalicə etməliyik. Xüsusən yay və qış aylarında sahibsiz heyvanlar qida və su tapa bilmirlər. Onların aqressivliyinin səbəbi də ac olmalarıdır. Bizvəfalı dostlarımıza yardımçı olmalı, onların ehtiyaclarını qarşılamalyıq”.

Layihənin eksperti Elman Cəfərli isə bildirib ki, bu cür aksiyaları keçirməkdə məqsəd ətrafda yaşayan insanları sahibsiz heyvanlara qayğı göstərməyə, mərhəmətlə yanaşmağa həvəsləndirməkdir:

“Ən yaxşı tərbiyə nümunədir. Biz öz şəxsi nümunəmizlə göstəririk ki, sahibsiz heyvanlardan qorxmaq, iyrənmək lazım deyil. Əksinə, onlara qarşı diqqətli və qayğıkeş olsaq, onlar da aqressiv olmaz, insanlara, digər canlılara zərər verməzlər. Bu günki aksiyamız ətrafda yaşayan insanların marağına səbəb oldu. Xüsusən məktəb yaşlı gənclər bizə qoşuldular, aksiyada iştirak etdilər. Biz bu gün bütün ac heyvanları doyura bilmərik. Məqsədimiz də o deyil. Lakin ən azı düşüncələrdə dəyişiklik yarada bilərik. Hər kəs canlı aləmə duyarlı olsa, çevrəsində bununla bağlı iz, təsir buraxacaq. Gəlin sahibsiz heyvanları sevək, onlara qayğı göstərək”.

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Избранный
139
turkustan.az

1Источники