RU

Volkswagen iki modeli birləşdirdi:yeni avtomobil necə olacaq? - FOTO

Volkswagen, Tiguan Allspace-in davamçısı olacaq yeni nəsil modelini oktyabrın 10-da təqdim edəcək. Çin bazarında "Tayron" adı ilə tanınan bu model, həmin tarixdən etibarən qlobal satışa çıxarılacaq.

Yeni modelin ilk tizer videosunu Volkswagen-in dizayn rəhbəri Andrea Mindt yayımlayıb. Mindt, bu yeni modelin "tamamilə Wolfsburq mərkəzində hazırlanmış" olduğunu qeyd edib. Bu, Avropa bazarı üçün xüsusi olaraq hazırlanmış Tayron versiyasının da təqdim ediləcəyini göstərir.

Əvvəlcə Asiya bazarı üçün nəzərdə tutulmuş ikinci nəsil Tayronun fotoları yayımlanmışdı. Yeni dizaynda arxa faralar və baqaj qapağının Avropa Tiguan və Çin Tayronunun elementlərini birləşdirdiyi görünür. Volkswagen logosunun üzərindəki incə qırmızı işıq arxa lambalardakı üç işıqlı imza və yuvarlaq logonun altındakı "Tayron" yazısı da diqqət çəkir.

Alman dizayner Mindt, digər yeni məlumatları paylaşmayıb. Lakin, yolsuzluq avtomobilinin Volfsburq (Almaniya), Puebla (Meksika) və Çançundakı (Çin) zavodlarda istehsal olunacağı və MQB Evo platformasında hazırlanacağı məlumdur.

Volkswagen-in yeni 7 yerlik SUV modelinin uzunluğu 4,68 metr olacaq, bu da indiki Tiguan-dan təxminən 14 sm uzun, amma əvvəlki Tiguan Allspace-dən 3 sm qısa olacaq. Mühərriklər baxımından, yeni Tayron-un üçüncü nəsil Tiguan ilə eyni güc bloklarından istifadə edəcəyi ehtimal olunur.

Hülya

Избранный
80
avtosfer.az

1Источники