RU

“3000 şəhid məqaləsinin bərpası istiqamətində təcili addımlar atılmalıdır” - Fazil Mustafa

“3000 şəhid məqaləsinin bərpası istiqamətində təcili addımlar atılmalıdır” - Fazil Mustafa




““Vikipediya” üzərində nəzarətimizi ciddi şəkildə qurmalı, burada Azərbaycan seqmentinin güclənməsinə çalışmalıyıq. Hər halda 3000 şəhid məqaləsi silinirsə, hansısa formada məqalələrin bərpası istiqamətində addımlar atmalı, bazasını özümüzdə yaratmalıyıq ki, belə hallar olanda dərhal bərpaetmə yollarını da tapaq. Problem bizlik deyilsə, bizdən kənarda yaradırılırsa, hər halda reaksiyamız da olmalıdır”.Bu sözləri Pravda.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa deyib.“3000 şəhid məqaləsinin “Vikipediya”dan silinməsində ittiham olunanlar bəzi azərbaycanlılardır. Bəli, mümkündür. Bu, hansısa şəkildə Azərbaycana qarşı çalışan qüvvələrin addımı da ola bilər. İstənilən halda diqqətli olmalıyıq. Virtual məkanda, xüsusilə, kibercinayətkarlıq sahəsində daha çox hazırlıqlı kadrların olmasına imkan yaratmalıyıq ki, bu kimi məqamlarda ən azı Azərbaycan seqmentinin asanlıqla zədə almasına yol vermək mümkün olmasın. Müəyyən dərəcədə göstərməliyik ki, belə rahatlıqla məqalələri silmək mümkün deyil. 3000 şəhid məqaləsinin bərpası istiqamətində təcili addımlar atılmalıdır”, - o bildirib.




Xəbərin oxunma sayı :
67

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
3
azfakt.com

4Источники