RU

"Neft amili iqtisadiyyatımızın rəqabət üstünlüyüdür" - ŞƏRH EDİLDİ

"Azərbaycan iqtisadiyyatı və ölkəmizin sosial-iqtisadi gündəmi üçün neft amilinin olduqca önəmli rolu var". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.

O bildirib ki, biz bu rolun bir çox hallarda tarixən Azərbaycan sosial-iqtisadi gündəminin formalaşmasında nə qədər böyük paya malik olmasını görmüşük, bunun toplum olaraq şahidi olmuşuq: "Bu gün də biz Azərbaycan iqtisadiyyatında ixracatda, ümumi daxili məhsulun formalaşmasında da, dövlət büdcəsinin daxil olmalarının təminatında da neft amilinin büyü paya malik olmasını görürük.

Hesab edirəm ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı olan çağırışlar, sözsüz ki, reallaşdırılmalıdır. Neft amilinin də iqtisadiyyatda kritik dərəcədə rolunun olması bir sıra problemlərə də səbəb olur. İqtisadiyyatın bir istiqamətdən asılılığı ilə bağlı olan məsələlər gündəmdə olur. Amma digər tərəfdən neft amili bizə emal sektorunun inkişafı üçün böyük imkanlar vəd edir. Mənə elə gəlir ki, bu imkanlar reallaşdırılmalıdır.

Biz alternativ enerji generasiyasının inkişaf etdirilməsinə çalışsaq da, eyni zamanda neft amilini unutmamalıyıq. Çünki neft amili bizim iqtisadiyyatımızın rəqabət üstünlüyüdür. Digər tərəfdən də bir çox sosialyönümlü tədbirlərin həyata keçirilməsində neft amilinin olduqca böyük rolu olmuşdur. İnvestisiyaların artımında neft amilinin xüsusi çəkisi kritik dərəcədə çox olmuşdur. Ona görə də, neft Azərbaycan iqtisadiyyatının bir növ vizit kartıdır. Bu proses hələ uzun müddət davam etdiriləcək. Azərbaycan siyasi, iqtisadi, sosial, humanitar çağırışların cavablandırılmasında neft amilindən məharətlə istifadə etməlidir. Nəzərə almaq lazımdır ki, neft emalı ilə bağlı olan iqtisadiyyatdakı potensial iqtisadiyyatımızın şaxələndirilməsinə, rəqabət qabiliyyətinin yüksəldilməsinə, yüksək texnoloji tutumlu olmasına çox ciddi töhfələr verə bilər".

Müəllif: Söylü Ağazadə
Избранный
151
1
sia.az

2Источники