RU

“Hraparak”: Paşinyan Putini təbrik etmək fürsətini əldən verməyəcək  


“Ermənistanda hakim dairələrdə Nikol Paşinyanın MDB-nin bu ilin oktyabrın 7-8-də keçiriləcək iclasında qeyri-rəsmi iştirak edəcəyinə heç bir şübhə yoxdur”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti yazıb.
“Məsələ burasındadır ki, oktyabrın 7-si Vladimir Putinin doğum günüdür. Hakimiyyət Paşinyan iqtidarının ömrünü bir müddət daha uzatmaq və ya riskləri aradan qaldırmaq üçün Putini təkbətək təbrik etmək, onun “xaçını öpmək” fürsətini əldən vermək istəmir.

Qeyd edək ki, baş nazirin spikeri (Alen Simonyan) Paşinyanın oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcəyini təsdiqləyib. Ermənistanın müstəqillik günü sayılan sentyabrın 21-də isə Fransa prezidenti Ermənistana gələcəyi gözlənilir. Deməli, nə Qərb, nə də Rusiya diqqətdən kənarda qalmır”,-deyə yazıda qeyd olunub.

Musavat.com

Избранный
66
2
musavat.com

3Источники