PSJ-dən ayrılan Keylor Navas karyerasını Braziliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, 37 yaşlı qapıçı “Qremio” ilə danışıqlar aparır. Bu barədə CNN məlumat yayıb. Tərəflər arasında danışıqlar son mərhələdədir.
Navasın son klubu PSJ olub. O, daha əvvəl “Levante”, “Real”, “Nottingem Forest” kimi komandalarda forma geyinib.