RU

“Xaç atası”nın rejissoru “Variety” jurnalından 15 milyon dollar təzminat tələb edib

“Oskar” mükafatı laureatı, rejissor Frensis Ford Koppola “Variety” jurnalını “Megalopolis” filmi ilə bağlı yayımladığı məqaləyə görə məhkəməyə verib.

APA rus mediasına istinadən xəbər verir ki, rejissor 15 milyon dollar təzminat tələb edib.

Sözügedən məqalədə “Megalopolis”in nümayişinə iki həftə qalmış Koppolanın çəkiliş meydançasındakı davranışı “qeyri-etik” adlandırılıb. Nəşr iddia edib ki, rejissor çəkilişi zamanı aktrisaları qucaqlayaraq öpüb.

Rejissor məhkəməyə müraciətində bildirib ki, məqalədə qeyd edilən fikirlər tamamilə böhtandır.

Qeyd edək ki, Frensis Ford Koppola dünyaca məşhur “Xaç atası” filminin rejissorudur.

"Cebheinfo.az"

Избранный
58
1
cebheinfo.az

2Источники