Gürcüstanın iqtisadiyyat naziri Davitaşvili Çinə işgüzar səfəri çərçivəsində Çin Xalq Respublikasının İnkişaf və İslahatlar üzrə Milli Komissiyasının sədr müavini Çao Çensin ilə görüşüb. Görüşün yekunu olaraq “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına dair Anlaşma Memorandumu” imzalanıb.
Nazirin sözlərinə görə, bu sənədin imzalanması Çinlə daha sıx ticarət-iqtisadi əlaqələr qurmağa imkan verir. “...bu, Çin tərəfinin Orta Dəhlizdən Avropa ilə kommunikasiya üçün alternativ marşrut kimi istifadə etməyə hazır olduğunu və marağını təsdiqləyir”, o əlavə edib.
Ülviyyə, Hurriyyet.az