Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində ilk qəza baş verib.Manset.az Report.az-a istinadən xəbər verir ki, "MP Motorsport" komandasının pilotu Oliver Götenin idarə etdiyi bolid baryerə çırpılıb. Nəticədə qırmızı bayraq qaldırılıb. Avtomobil trasdan çıxarılıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.