“İllərlə saxtakarlığa vərdiş etmiş alimin ekspert qismində cəlb edilməsi, sonra dürüstlükdən dəm vurulması biabırçılıqdır. Qurum rəhbərliyinin bu faktı görməzdən gəlməsi məsuliyyətsizlikdir, xəyanətdir”
Bu fikirləri Hit.az-a AMEA-nın əməkdaşı, professor İdris Abbasov səsləndirib.
O bildirib ki, Ali Attestasiya Komissiyası (AAK) ya müdafiədən keçib, müsbət rəy almış hər kəsə diplom verməlidir, ya da heç kəsə diplom verməməlidir. Çünki hamı eyni prosedurdan keçir:
“Nə üçün ayrıseçkilik edilir? Müdafiə edən şəxs 8-12 mütəxəssis rəyi alır. Saxtadırsa, hamısı saxtadır, dürüstdürsə, hamısı dürüstdür. AAK dürüst müdafiədən keçib, müsbət rəy alanların bir qisminə dərhal diplom verir, ancaq bir qismini müxtəlif bəhanələrlə süründürür”- deyə o bildirib.
Murad