RU

Azərbaycan Qran-prisi: "Formula-2"də "Kampos" komandasının iki pilotu eyni yerdə qəza törədib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda keçirilən Azərbaycan Qran-prisində "Formula-2" üzrə sıralanma turunda "Kampos" komandasının iki pilotu eyni yerdə qəza törədib.
Oxu.Az xəbər verir ki, "Kampos" komandasının pilotları uzun düzlükdə ardıcıl getdikləri üçün birinci döngədə əvvəlcə Xose Maria Marti, ardınca isə Ayzek Həcər baryerlərə çırpılıblar.
Çempionata başçılıq edən əlcəzairəsilli fransalı Həcər qəzadan sonra komanda yoldaşını ittiham etməyə başlayıb. Sessiya isə qırmızı bayraqlarla dayandırılıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
Избранный
148
50
oxu.az

10Источники