RU

Bakıda 80-ə yaxın Çin şirkətinin iştirakı ilə sərgi keçiriləcək

17-19 sentyabr tarixlərində “Bakı Expo” Mərkəzində 80-ə yaxın Çin şirkətinin iştirak edəcəyi 3-cü "Dünya Ticarət Sərgisi. Azərbaycan, Çin Məhsulları" sərgisi keçiriləcək.

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) məlumatına görə, məqsəd Çin və Azərbaycan şirkətləri arasında əməkdaşlığı genişləndirmək, Çin şirkətləri və məhsullarını ölkəmizdə tanıtmaqdır.

Sərginin rəsmi açılış mərasimində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), ASK və Çin səfirliyinin nümayəndələri iştirak edəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
1
vergiler.az

2Источники