RU

3 min şəhidimizə qarşı uğursuz qəsd - Dövri mətbuatın və Xatirə Kitabının cavabını verə biləcəksinizmi?

Image

"Bakı-Xəbər" qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev öz Facebook səhifəsində maraqlı paylaşım edib. A.Quliyev yazır: "3 mindən çox şəhidimizlə bağlı "Vikipdediya" sosial şəbəkəsində məlumatların silinməsi xəbəri mənə 2 mesaj verdi: 

1.Şəhidlərimizin qəhrəmanlığından qıcıqlananlar var .
2.İçimizdə də həmin düşmənlərdən var.
Azərbaycanın kibertəhlükəsizlik orqanları yəqin ki, bu məsələnin axırına çıxacaqlar və araşdıracaqlar ki, ölkənin mənəvi dəyərlərinə qarşı bu dəyərsiz və düşmən addım hansı  prinsiplərdən və haradan atılıb.
"Vikipediyanın "Azərbaycan nümayəndəliyinin bu məsələdə hansı səviyyədə marağının və iştirakının olduğunu araşdırmaq da peşəkar kibertəhlükəsizlik orqanlarımız tərəfindən lazımınca aparılacaq.
Ancaq bəlkə də hansısa şəxsi qisas və ya şəxsi təmənna prinsipi ilə həyata keçirilən  bu düşmən aktının arxasında duranlar nəzərə ala bilmədilər ki, dünya böyük olduğu qədər həm də kiçikdir."
 Vikipediyadan" Azərbaycan şəhidlərinin  silənlər heç fikirləşə bilmədilər ki...
1 .Respublika Xatirə kitabının minlərlə şəhidlərimiz haqqında  minlərlə tirajlarla buraxdığı çild - cild  kitabları necə siləcəyik?!....
2.Şəhidlər haqqında Respublika Xatirə kitabının Bakı- xəbər qəzeti ilə birgə layihə çərçivəsində yazdıqları azı 6 sənədli povesti tarixdən, yaddaşlardan necə siləcəyik?!
3.Minlərlə şəhid haqqında ölkənin gündəlik qəzetlərinin- Bakı- xəbərin, " Yeni Azərbaycan " qəzetinin, " Səs" qəzetinin, 525 -ci qəzetin, Yeni Müsavatın, " Şərqin"  az qala gündəlik dərc etdikləri sənədli oçerkləri yaddaşlardan, nəzərlərdən  necə siləcəyik?!...
Silə bilməzsiniz....
Çünki bu tarix obyektivlikdən və qanla yazılıb!!!
Çünki bu tarixi biz yazırıq, qan yaddaşımız yazır, gündəlik qəzetlər yazır, Respublika Xatirə kitabı redaksiyası yazır.....
Şəhidlərimizə qarşı belə addımlar onları daha da böyüdür...
Əks yazanların isə dərsini birlikdə verəcəyik...."

Mətləb






Избранный
98
50
baki-xeber.com

10Источники