RU

Masallıda şəhidlərin xatirəsinə həsr olunan mini futbol turniri keçirildi – VİDEO/FOTOLAR

Masallı rayonunda ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə həsr olunan “Qarabağ Azərbaycandır!” adlı mini futbol turniri eçirilib.“Ərkivan Masallı” Futbol klubunun təşkilatçılığı, “Ərkivan Transport” Beynəlxalq Yükdaşıma şirkətinin dəstəyi ilə 8 komandanın apardığı mübarizənin qalibi məlum olub.Final yarışında “Ərkivan Transport” komandası “Kolatan” komandasına 3:1 hesabı ilə qalib gələrək birinci yerə yüksəlib. İkinci yeri “Kolatan”, üçüncü yeri isə “Türkoba” komandaları tutub. Qalib komandaların mükafatlandırma mərasimi “Ərkivan Transport” Beynəlxalq Yükdaşıma şirkətində baş tutub.  Şəhid ailələrinin, qəsəbə ziyalılarının təbrikindən sonra komandalara medallar, qiymətli hədiyyələr təqdim edilib. Turnirin qalib komandası qazandığı kuboku turnirin sponsoru, “Ərkivan Transport” şirkətinin sahibi Abdulla Abdullayevə təqdim edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
asiya.az

1Источники