Böyük Britaniyanin Baş naziri ABŞ səfər edib. Səfərin əsas məqsədi Rusiya -Ukrayna müharibəsində konkret qərarların qəbul edilməsi, müharibənin sonlandirilmasi istiqamətində atılacaq addımlar müzakirə ediləcək.
ABŞ Ukraynaya Rusiyanın dərinliklərinə raket zərbəsi endirilməsinə icazə vermir. Bu da Rusiyanın imkanlarını genişləndirir. Böyük Britaniya müharibənin gedişatıni dəyişmək və Rusiyanı danışıqlar masasına qayıtmağa məcbur etmək üçün F16 təyyarələrin yeni partiyasini və raket sistemləri ilə təchiz etməklə birbaşa Rusiyaya zərbələrin həyata keçirilməsinə çalışır. Ağ Evin Böyük Britaniya ilə bu məsələdə razılaşmasi gözlənilir.
Hazırkı müharibənin gedişatı ABŞ-ın maraqlarına cavab verir. Avropa isə, müharibənin davam etməsində maraqlı deyil. Çünki hərbi xərclər artır və yeni təhlükəsizlik çağırışları ilə üz-üzə qalır. Ona görə də Rusiyaya mümkün zərərlərin artırılmasına və danışıqlarin başlanmasını tezləşdirnəyə çalışır. Rusiya prezidenti Vladimir Putin Qərbi mümkün zərbələrə cavab verməklə hədələyib.
Ümumiyyətlə, Rusiya yalnız bəyanatlardan o tərəfə keçməyəcək. V. Putin də müharibənin uzanmasınin fərqindədir. Bu taktika V. Putinin geostrateji maraqlarına cavab verir. Ona görə də Qərbi əsas hücumlara başlamamaqla hədələyir. Çünki Ukrayna Rusiyaya Qərbin raketləri ilə zərbələr endirsə, Rusiyada hakimiyyət daxilində və əhali arasında panikalar artacaq. Gələn həftədən Ukrayna Rusiyanin dərinliklərinə zərbələr endirə bilər.
Məhəmməd Əsədullazadə.
visiontv.az