RU

İlk 4 təkərli elektrikli motosiklet satışa çıxarıldı - FOTO

Türkiyənin yerli texnologiya şirkəti olan "Reeder" Samsunda istehsal edilən "ReeV Fancy" elektrikli avtomobili təxminən 14 min manata satışa çıxarıb.

News24.az lent.az-a istinadən bildirir ki, tək şarjla 100 km məsafə qət edə bilən modelin müştərilərə təhvil verilməsi 23 sentyabr tarixindən həyata keçiriləcək.

"Reeder" şirkəti bu modellə mobil daşıyıcılar sektoruna yenilik gətirərək tam elektrikli 4 təkərli motosiklet "ReeV Fancy"ni təqdim edib.

"ReeV Fancy"nin 7,5 kVt/saat tutumlu akkumulyatoru 5 saat ərzində tam doldurula bilir. Avtomobilin maksimal yükgötürmə qabiliyyəti 700 kiloqram, ümumi uzunluğu 2,49 metr, hündürlüyü isə 1,64 metrdir.

"Fancy"nin baqajının həcmi 200 litr, boş çəkisi isə akkumulyatorla birlikdə 471 kiloqramdır. Ön və arxa təkərlərində disk əyləcləri olan avtomobilin ABS sistemi yoxdur və maksimal sürəti 45 km/saat təşkil edir.


Избранный
131
50
news24.az

10Источники