…Çin 1950-ci illərdən bəri ilk dəfə pensiya yaşını artıracaq. Hakimiyyət bu qərarı ölkədə artan yaşlı əhalinin və pensiya büdcəsinin azalması fonunda qəbul edir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə BBC yazır. Çinin ali qanunverici orqanı cümə günü fiziki əməklə məşğul olan qadınlar üçün qanuni pensiya yaşının 50-dən 55-ə, əqli işlə məşğul olan qadınlar üçün isə 55-dən 58-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Kişilər üçün bu yaş 60-dan 63-ə yüksələcək.
Qeyd edək ki, Çində hazırkı pensiya yaşı dünyada ən aşağı yaşlardan biridir.
Parlamentin cümə günü təsdiq etdiyi plana əsasən, dəyişikliklər 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Eyni zamanda, pensiya yaşı tədricən artacaq, yəni növbəti 15 il ərzində bir neçə aydan bir...
Sinxua dövlət xəbər agentliyinin qeyd etdiyi kimi, qanuni yaşa çatmamış pensiyaya çıxmaq qadağan olunacaq. Eyni zamanda, pensiyaya çıxmağı təxirə salmaq mümkün olacaq, lakin bu üç ildən çox olmayacaq.
Əli Babayev