RU

“Putin hamımızı aldatdı” - Bolton

Rusiya Ukraynada apardığından daha geniş müharibə aparmağa qadir deyil. Qərbə yönəlik təhdidlərlə Kreml sadəcə blef edir və Co Bayden də bu blefə aldanır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidentinin keçmiş müşaviri Con Bolton deyib.

Bolton Vaşinqtonun Rusiya ərazisində ABŞ silahları ilə zərbələr endirmək qadağasını ləğv etmək istəməməsini qeyri-strateji yanaşma hesab edir.

“Rusiyanın aparmağa qadir olmadığı daha genişmiqyaslı müharibə təhlükəsinə görə daim bunu məhdudlaşdırırlar. 2022-ci ilin fevralında Rusiyanın hücumunun qarşısını ala bilməməklə yanaşı, ruslar bizi Ukraynaya kömək etməkdən və bu müharibəni indi olduğundan çox fərqli nöqtəyə apara biləcək ehtiyatlı sistematik strategiyadan çəkindirdi”, - keçmiş müşavir bildirib.

Bolton qeyd edib ki, Rusiyanın NATO-ya qarşı müharibə üçün ordu hissələri yoxdur, olsaydı, Rusiyanın iki ildir qarışqa yerişi ilə irəlilədiyi Ukraynada cəbhəyə atardılar.

Nüvə silahından potensial istifadə təhlükəsinə gəlincə, Boltonun sözlərinə görə, Amerika kəşfiyyatı sübut edib ki, Putin dünyanı nüvə qiyaməti ilə qorxutsa da, Rusiya heç vaxt nüvə qüvvələrini döyüş hazırlığına gətirməyib.

“Düşünürəm ki, Putin blef etdi, biz də buna aldandıq”, - ABŞ prezidentinin keçmiş müşaviri hesab edir.

Həmçinin Boltonun fikrincə, ABŞ Ukraynada nüvə silahından istifadənin yolverilməzliyi barədə Kremlə aydın siqnal göndərməlidir:

“Nüvə silahı ilə bağlı ona xüsusi və açıq şəkildə bildirilməlidir ki, Rusiya Ukraynada nüvə silahından istifadə edərsə, Vladimir Putin öz ölüm hökmünü imzalayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
182
46
teleqraf.com

10Источники