RU

Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum oldu

Image

Formula 1 Azərbaycan Qran-Prisində əsas yarışın qalibi məlum olub. Yarışda hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb.

Ən yaxşı nəticəni “McLaren”in avstraliyalı pilotu Oskar Piastri göstərib. Finişə birinci çatan sürücü Azərbaycan Qran-Prisinin qalibi olub. Şarl Lekler (“Ferrari”) ikinci, Corc Rassell (“Mercedes”) üçüncü olub.

Sentyabrın 13-də keçirilmiş birinci sərbəst yürüşdə “Red Bull” komandasının niderlandlı sürücüsü Maks Ferstappen, ikinci sərbəst yürüşdə "Ferrari"də çıxış edən monakolu Şarl Lekler finişə hamıdan tez çatıblar.

Ötən gün təşkil olunmuş üçüncü sərbəst yürüşdə ən yaxşı nəticəyə "Mercedes"in britaniyalı pilotu Corc Rassell, sıralama turunda isə Şarl Lekler imza atıblar.

ZÜMRÜD






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
19
28
baki-xeber.com

10Источники