Misli Premyer Liqasının VI turunda "Sabah" "Turan Tovuz"la heç-heçə etdi - 2:2.

Offsideplus.az xəbər verir ki, görüşdən sonra Kurban Berdiyev mətbuat konfransında çıxış etdi. 

Mütəxəssis heç-heçə ilə bağlı bunları söylədi:

"Artıq paltardəyişmə otağında dedim ki, birinci və ikinci hissənin ilk dəqiqələrini uduzduq. Lakin futbolçularım xarakter göstərdilər. Maraqlı oyun izlədik. İkinci hissədə futbolçularım bəzi mövqeləri tuta bilmədilər. Lakin "Sabah"ın haqqını yemək olmaz. Onlar hücumları çox yaxşı bacardılar. Biz də ikinci hissədə hücuma keçdik. Son zərbələrdə dəqiq ola bilmədik. Yenə də futbolçularımı əzmkarlığa görə təbrik edirəm".