ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp yaşadığı ərazidə baş verən atışmadan sonra sağ-salamatdır.
KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” Respublikaçıların təşviqat qərargahının bəyanatına istinadən məlumat yayıb.
Hələlik digər təfərrüatlar açıqlanmır.
Xatırladaq ki, iyulun 14-də də ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb. Tramp qulağından yaralanıb.
Qısa müddət sonra eks-prezident kürsüdən uzaqlaşdırılıb.