Misli Premyer Liqasının VI turunda "Neftçi" səfərdə "Zirə"yə 0:2 hesabla məğlub olub.
Offsideplus.az xəbər verir ki, bununla da "ağ-qaralar" mövsümdə 6-cı oyundur ki, qələbə qazana bilməyib. Komandanın baş məşqçisi Roman Qriqorçuk oyundan sonra baş tutan mətbuat konfransında nəticəyə görə üzr istəyib:
"Strateji olaraq ilk dəqiqədə qol buraxmaq heç də xoş deyil. Futbolda belə hallar olur. Heç bir halda bugünkü kimi oynamamalıyıq. İstədiyimiz oyunu göstərə bilməmək üçün heç bir şey bizi bu qədər sarsıda bilməz. Demişdim ki, çempionatda yaranmış fasilə bizə kömək edəcək və bundan sonra daha yaxşı çıxış edəcəyik, amma verdiyim sözü tuta bilmədim. Həm buna, həm də
göstərdiyimiz oyuna görə üzr istəyirəm. Çünki belə oynamaq olmaz. Matçdan matça sağlamlığımı itirirəm. Azarkeşlər qarşısında bu cür oyun göstərmək pisdir. Halbuki komandamızın daha yaxşı oynaması üçün kifayət qədər potensialı var".