RU

Şuşada 33 ildən sonra ilk zəng çalındı

Şuşa şəhərində 33 ildən sonra ilk zəng çalınıb.

Publika.az "Report"a istinadən xəbər verir ki, 33 illik fasilədən sonra Şuşaya köçürülən ailələrin övladları Şuşa şəhər 1 saylı tam orta məktəbdə yeni tədris ilinə başlayıblar.

Yenidən qurulan məktəb 960 şagird yerlik, 5 blok 3 mərtəbəlidir. Müasir tələblər səviyyəsində inşa edilən məktəb hər biri 24 şagird olmaqla 40 sinif otağından ibarətdir.

Bu gün yeni tədris ilində Şuşa şəhərində 113 şagird öz təhsilinə başlayır. Şagirdlərin təhsili 18 müəllim heyəti tərəfindən həyata keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
30
publika.az

10Источники