Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki“AzInTelecom” MMC Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) iləbirlikdə məktəbli uşaqlara dəstək məqsədilə aksiya həyatakeçirib.
“Məktəbə Qayıdış” adlanan aksiya Azərbaycan RespublikasınınQarabağ İqtisadi Rayonunda, işğaldan azad edilmiş ərazilərdə baştutub. Aksiya çərçivəsində Füzuli və Xocavənd rayonlarının qəsəbəvə kəndlərində məskunlaşmış 200 uşağa məktəbli çantası və digərləvazimatlar hədiyyə edilib.
Sonda təşkilatçılar yeni tədris ilinin başlaması münasibətiləşagirdləri təbrik edərək dərslərində uğurlar arzulayıblar.