RU

Millimizin hücumçusu mövsümün simvolik “11-liy”ində

Türkiyə I Liqasında mövsümün ən dəyərli futbolçularından ibarət simvolik “11-lik” açıqlanıb. Matc.az yerli mətbuata istinadən xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da həmin heyətdə yer alıb. 25 yaşlı forvard yay fasiləsində transfer olunduğu “Ankaragücü”nün rəmzi komandaya düşən 4 oyunçusundan biri olub. Onun transfer qiyməti 1,8 milyon avroya bərabərdir. Renat rəmzi komandanın mərkəz hücumçusu kimi göstərilib. Simvolik komandanın ən dəyərli oyunçusu isə Dadaşovun komanda yoldaşı olan yarımmüdafiəçi Efkan Bekiroğludu (2,2 milyon avro). I Liqanın ən dəyərli “11-liy”inin ümumi transfer qiyməti 14,35 milyon avrodu.

Избранный
10
matc.az

1Источники