RU

Bu həftə Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dərəcələri ilə bağlı növbəti qərarı 18 sentyabr 2024-cü il tarixində ictimaiyyətə açıqlanacaqdır.

Qeyd edək ki, 31 iyul 2024-cü il tarixində açıqlanamış qərara görə, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. Qərar 1 avqust 2024-cü il tarixindən qüvvəyə minib.

Qeyd edilmişdi ki, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki inflyasiya templərinin proqnoza uyğun formalaşması, proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) qalması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub.

Mərkəzi Bank qeyd etmişdi ki, uçot dərəcəsinin dəyişməz saxlanılması və ya artırılması ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır. Maydan başlayaraq Azərbaycanda illik inflyasiya sürətlənsə də, Mərkəzi Bankın hədəfi (2 faiz -6 faiz aralığı) daxilindədir. Bu səbəbdən növbəti iclasda da faizlərin dəyişməz saxlanılacağı ehtimalı yüksəkdir. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2023-cü ilin avqust ayına nisbətən 3,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 3 faiz, qeyri-qida məhsulları üzrə 1,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz yüksəlib. İllik inflyasiya avqustda 0 faiz, mayda 0,3 faiz, iyunda 1,1 faiz, iyulda isə 2,7 faiz təşkil etmişdi.

uçot dərəcəsi
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
2
marja.az

3Источники